Viktoria Toz Boya – Boyama Təlimatı
Uyğun parçalar
Pambıq,kətan,viskon,yun,ipək və yarı sintetik parçalar üçün uyğundur.✅
❌%100 poliester və akril parçalar üçün uyğun deyil.❌
🔷 Lazım olan materiallar
- 🎨 Viktoria Toz Boya (1 paket – 10 qram)
- 👕 Boyanacaq paltar və ya parça
- 🪣 Böyük qab və ya dəmir vedrə
- 💧 İsti su
- 🥄 Taxta və ya plastik qaşıq
- 🧂 Duz (1 paket boya üçün 1 xörək qaşığı)
- 🍋 Sirkə (1 paket boya üçün 1 xörək qaşığı, sarı və qırmızı rənglərə boyadığınızda sirkə qoymayın, başqa bütün rənglərə qoymaq lazımdır)
🔥 İsti su üsulu (tövsiyə olunur)
- 👗 Boyanacaq paltarı əvvəlcədən yuyun (yumşaldıcı istifadə etməyin).
- 💧 Qazana paltarı tam örtəcək qədər 60–80°C isti su tökün.
- 🎨 Boyanı az miqdarda qaynar suda həll edib suya əlavə edin.
- 🫗 Boyayacağınız qabdakı suya 1 xörək qaşığı duz,1 xörək qaşığı sirkə (üzüm, alma) əlavə etməyi unutmayın.
- 👕 Islanmış paltarı suya salın və 20–30 dəqiqə ərzində daim qarışdırın.
- ✅ Boyandıqdan sonra təxminən yarım gün boyalı suda saxlamaq daha yaxşı effekt verə bilər.
🚿 Yuma və qurudulma
- 🚰 Əvvəlcə soyuq su ilə yaxalayın.
- 💦 Su şəffaflaşana qədər yuyun.
- ☂️ Kölgə yerdə qurudun.
- ⚠️ İlk yumanı başqa paltarlardan ayrı yumağınız məsləhətdir.
⚠️ Diqqət edilməli məqamlar
- 🥼 Açıq rəngli parçalarda nəticə daha canlı olur.
- 🔰 Rəng tonu parça növünə görə dəyişə bilər.
- 🧤 Əlcək istifadə etmək tövsiyə olunur.
- 🚻 Uşaqların əli çatmayan yerdə saxlayın.